Uzun aradan sonra yenidən başlamaq haqqında
Həyatın gərgin tempində, bu qaçhaqaça başımız qarışmışkən bəzən yorğunluq və tükənmişlik hiss etmək qaçınılmazdır. Hər şeyin üst-üstə gəlməsi də bizi yorur, bəzən heç bir yeniliyin olmaması da. Belə anlarda uzun bir istirahətə ehtiyacımız olduğunu anlamalıyıq (uzunluq opsiyonel). İstirahət bizə təkcə fiziki deyil, həm də zehni və emosional olaraq sağalmağa kömək edir. Enerji yığdıqdan sonra yenidən arzularımıza doğru addımlar atmağa hazırıq. Bəs, bu proses zamanı nələrə diqqət etməliyik? Gəlin razılaşaq ki, istirahət çoxları üçün vaxt itkisi kimi görünsə də, əslində çox vacibdir. İstirahət bədənimizi və zehnimizi cavanlaşdırır, stresi azaldır, yaradıcılığı artırır və ümumi sağlamlığı yaxşılaşdırır. Bu, həm də arzularımızı həyata keçirməyə daha çox diqqət ayırmağa imkan verir. Burnout sendromuna tutulmaq istəmərik, deyil mi? (Burhan Altıntopun sözilə: Yandım Bittim sendromu) İstirahət həm də özümüzü daha yaxşı tanımaq imkanı verir. Bu müddət ərzində biz özümüzün hansı cəhətlərimizin güc...