"Başka bir evrende, en güzel halinle"
"Başka bir evrende
En güzel halinleSen hayata karışBu misralar tanış gəlir?
Üstündən 2 il keçməsinə baxmayaraq (2022), Madrigalın bu mahnısına hələ də
böyük həvəslə qulaq asılır, davamlı olaraq bir yerlərdə eşidirik. Hətta bir çoxları
qrupu bu mahnı ilə kəşf ediblər. Bu mahnı kimisinə köhnə zamanları xatırlatdı,
kimisi özündən bir parça olaraq gördü.
Bəs görəsən sadəcə
budur?
“Başka bir evren”… Başqa
bir dünyada olmaq görəsən necə bir hiss olardı? Heç düşünmüsünüz? Başqa bir dünyada,
kainatın bambaşqa bir yerində ən gözəl halımız olmaq. Bu dünyadaki problemlər
orada olmazdı, bəlkə də.
Hamımız zaman-zaman
olduğumuz yerdən uzaqlaşlaşmaq, aralanmaq istəyirik. Problemlər, məsuliyyət
hissi, baş verən hadisələr bəzən bizi yorur, ruhdan salır. Lakin unutmamalıyıq
ki, heç nə bizi yolumuzdan döndərməməlidir. Bəli, maneələr hər zaman olur,
lakin hər qaranlıq gecənin bir işıqlı sabahı olduğunu bilməliyik.
Bir gecədə küllərindən doğarsan, üzünə yepyeni qapılar açılar. Gözləmədiyin bir vaxtda eşitdiyin bir söz, aldığın bir xəbər enerjini yüksəldər.
Niyə də başka bir “evrende”? Olduğun yerdə “en güzel halinde” olmağın tam vaxtıdır! SƏN BACARARSAN!
Yorumlar
Yorum Gönder