Uzun aradan sonra yenidən başlamaq haqqında

Həyatın gərgin tempində, bu qaçhaqaça başımız qarışmışkən bəzən yorğunluq və tükənmişlik hiss etmək qaçınılmazdır. Hər şeyin üst-üstə gəlməsi də bizi yorur, bəzən heç bir yeniliyin olmaması da. Belə anlarda uzun bir istirahətə ehtiyacımız olduğunu anlamalıyıq (uzunluq opsiyonel). İstirahət bizə təkcə fiziki deyil, həm də zehni və emosional olaraq sağalmağa kömək edir. Enerji yığdıqdan sonra yenidən arzularımıza doğru addımlar atmağa hazırıq. Bəs, bu proses zamanı nələrə diqqət etməliyik?

Gəlin razılaşaq ki, istirahət çoxları üçün vaxt itkisi kimi görünsə də, əslində çox vacibdir. İstirahət bədənimizi və zehnimizi cavanlaşdırır, stresi azaldır, yaradıcılığı artırır və ümumi sağlamlığı yaxşılaşdırır. Bu, həm də arzularımızı həyata keçirməyə daha çox diqqət ayırmağa imkan verir.

Burnout sendromuna tutulmaq istəmərik, deyil mi? (Burhan Altıntopun sözilə: Yandım Bittim sendromu)

İstirahət həm də özümüzü daha yaxşı tanımaq imkanı verir. Bu müddət ərzində biz özümüzün hansı cəhətlərimizin güclənməyə ehtiyacı olduğunu və hansı istedadlarımızı önə çıxarmalı olduğumuzu kəşf edə bilərik. Özünü dərk etmə bizə xəyallarımızı aydınlaşdırmağa və onlara nail olmaq üçün daha effektiv strategiyalar hazırlamağa kömək edir.

Gözəl və rahat bir istirahətdən sonra arzularımıza doğru addım atmaq cəsarət tələb edir. Ancaq dincəlmiş bir zehinlə bu addımlar daha asan və inamla atıla bilər.

Yenidən başlamaq üçün bəzi məsləhətlər:

-Məqsədin müəyyən edilməsi: Uğur əldə etmək üçün aydın və əldə edilə bilən məqsədlər qoyun. Məqsədləriniz nə olduöunu bilin.

-Planlaşdırma: Xəyallarınıza çatmaq üçün yol xəritəsi yaradın. Bu mərhələdə məqsədləri "məntəqələrə" ayırın.

-Kiçik Addımların Atılması: Böyük hədəflər (məntəqələrə uzanan yol) qorxulu və çətin görünə bilər, ona görə də onları kiçik addımlara bölün.

-Özünə İnam: Bacaracağınıza inanın və motivasiyanızı yüksək tutun.

Özümüzü yorğun hiss etdiyimiz vaxtlar həyatın təbii parçasıdır. Bir müddət istirahət etdikdən sonra yenidən doğulduğumuzu və arzularımıza doğru addımlamağa hazır olduğumuzu hiss edə bilərik. Bu, yenidən motivasiyamızı toplamağa kömək edəcəkdir. Unutmayın, hər yeni gün arzularınızı həyata keçirmək üçün bir fürsətdir.

THAT DREAM WAS PLANTED IN YOUR HEART FOR A REASON (O arzu bir səbəbə görə qəlbinə əkilib).

Yorumlar

Bu blogdaki popüler yayınlar

Qəribə Ev - qısa hekayə